Biznes dünyasının ən seçkin liderlərini bir araya gətirən “Biznes Liderləri Zirvəsi” 23 iyun tarixində The Ritz-Carlton Baku-da keçiriləcək.
“Qarada Qırmızı” konsepti ilə təşkil olunan zirvə, dəyişən biznes mühitində liderlik, innovasiya, strateji baxış və yeni imkanların müzakirə olunduğu xüsusi platformadır. Tədbirdə ölkənin aparıcı CEO-ları, sahibkarları, investorları və qərarverici şəxsləri iştirak edəcək.
Biznes Liderləri Zirvəsi yalnız bir forum deyil — bu, böhranları fürsətə çevirən, gələcəyi formalaşdıran liderlərin görüş nöqtəsidir.
Tədbir çərçivəsində:
• C-Level spikerlərin çıxışları
• Strateji panel müzakirələri
• Real biznes təcrübələri və кеyslər
• Premium networking imkanları
• Yeni əməkdaşlıq və investisiya əlaqələri
Sizi də ölkənin biznes elitasının iştirak edəcəyi bu xüsusi zirvədə görməkdən məmnun olarıq.